Qazaxıstan XİN: KTMT qüvvələrinin Ukraynada iştirakı gündəmdə deyil

2022/01/75641-1642056726.jpg
Oxunub: 363     14:27     03 Oktyabr 2022    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin Rusiya-Ukrayna münaqişəsi zonasında mümkün iştirakı məsələsi gündəmdə deyil.

Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bu gün keçirdiyi brifinqdə bildirib.

Smadiyarov xatırladıb ki, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir.

"Ümumilikdə, KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. Beləliklə, KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, - deyə Qazaxıstan XİN rəsmisi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   KTMT  


Bizi "telegram"da izləyin