“1in.am”: Erməni diplomatiyasında yanacaq sərfiyyatı

2022/08/1659960780.jpg
Oxunub: 637     19:15     03 Oktyabr 2022    
Ermənistan hakimiyyətinin diplomatik və siyasi səfərlərinin məqsədi nədir? Erməni məmurlar sadəcə olaraq təyyarə yanacağını xərcləyirlər, yoxsa səfərlərindən nəticə əldə edirlər?

Ordu.az xəbər verir ki, bunu “1in.am” nəşri yazıb.

Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfərinin ardınca Nyu-Yorka gedib, daha sonra Parisdə Makronun qonağı olub. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Paşinyanın Nyu-York səfərinin ardınca, Vaşinqtona gedib, daha sonra onun Brüsselə gedəcəyi bildirilir.

Nəşr yazır ki, bu siyasi və diplomatik səfərlər siyahısında Paşinyanın Paris səfəri xüsusi diqqətə layiqdir.

Bu səfər sərhəddə baş verən son təxribat və Makronun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının son sessiyası fonunda baş verir.

“Maraqlıdır ki, səfər çoxlarının Ermənistanın qərb mövqelərini mənimsəməsindən danışdığı bir mərhələdə baş verir. Bəlkə də ədalətli danışırlar. Paşinyan Parisə gedib. Onu Yelisey sarayının girişində Fransa prezidenti Emmanuel Makron qarşılayıb. Görüşün yekun mətbuat konfransında tərəflərin açıqlamalarından başqa görüşlə bağlı ciddi təfərrüatlar yoxdur. Paşinyan Parisə səfəri zamanı “Twitter” səhifəsində yazıb: “Bu gün Parisdə prezident Emmanuel Makronla vacib danışıqları səbirsizliklə gözləyirəm”. Maraqlıdır ki, bu görüş sentyabrın 26-da, 44 günlük müharibənin ildönümündən bir gün əvvəl baş tutub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin