Gürcü ekspert: “Kömək etməyən hərbi-siyasi strukturda qalıb-qalmamaq erməni xalqının öz işidir”

2022/10/Untit-1664791974.jpg
Oxunub: 401     16:00     03 Oktyabr 2022    
“Ərazi bütövlüyünü qorumağa kömək etməyən hərbi-siyasi strukturda qalıb-qalmamaq erməni xalqının və Ermənistanın öz işidir”.

Ordu.az xəbər verir ki, bunu gürcü ekspert Vaxtanq Maisaya erməni mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, Gürcüstan KTMT-nin, AİB-in, hətta MDB-nin üzvü deyil, ona görə də gürcülər üçün qərbə doğru yol daha hamardır.

“Amma bu, ümumiyyətlə, reallığı dəyişmir. Məsələn, Moldova MDB-nin üzvüdür, lakin artıq Aİ-nin assosiativ üzvü statusuna malikdir. Birinin digərinə qarışmadığını görürük. Ermənistan KTMT-dən çıxsa, təbii ki, vəziyyəti dəyişəcək. Türkiyə bəyanat verdi ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Hərbi-siyasi deyil, iqtisadi qurum olsa da, qeyd edək ki, Türkiyə onu NATO ilə birləşdirmək istəyir. Burada Türkiyə və Moldova nümunələri MDB-də qalmaq, amma NATO və Avropa İttifaqına can atmaq kontekstində ibrətamiz ola bilər. Vaxtilə Ermənistan Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq istəyirdi. Keçmiş prezident Serj Sarkisyanın dövründə fərqli qərar verilib”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin