“Ermənistanı təhdid edən yeni kapitulyasiya ilə üzləşməyə hazır olmalıyıq” - Sağatelyan

2021/09/c1186-1632564313.jpg
Oxunub: 666     14:40     03 Oktyabr 2022    
“Paşinyanın söylədiyi cəfəngiyyatlara ayrı-ayrı tezislərdə toxunmaq mənasızdır, çünki bu, kapitulyasiyanın müqəddiməsinə həsr olunmuş çıxışdan başqa bir şey deyildi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan rəsmiləri kəsim məntəqəsinə gedən heyvanın psixologiyasını rəhbər tuturlar.

“Bu, öz xalqına, dövlətçiliyinə, müstəqilliyinə təhqirdir, 5000 yaşlı insanların taleyinə qarşı məsuliyyətsizlik və istehzadır. Ermənistanı təhdid edən yeni kapitulyasiya ilə üzləşməyə hazır olmalıyıq. Gəlin hər yerdə hazır olaq: dövlət sərhədlərində, şəhərlərimizin küçə və meydanlarında, xüsusən də İrəvanda”, - deyə Sağatelyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sağatelyan  


Bizi "telegram"da izləyin