Erməni hərbi qulluqçu xidmət yoldaşını azərbaycanlı zənn edərək onu öldürüb

2019/07/23599-1562841625.jpg
Oxunub: 435     14:22     03 Oktyabr 2022    
Ermənistan ordusunun hərbi qulluçusunun Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birində xidmət yoldaşını öldürməsi ilə bağlı cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hərbi hissənin mühafizə zonasında döyüş mövqeyində xidmət edən çağırışçı erməni əsgər ayaq səslərini eşidərək yaxınlaşan şəxsin Azərbaycan silahlı qüvvələrinin əsgəri olduğunu düşünüb və “AKM” tipli avtomatdan əsgər yoldaşına tərəf atəş açıb və onu öldürüb.

Hərbi qulluqçu Ermənistan Cinayət Məcəlləsinin 540-cı maddəsinin 6-cı hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Müdafiə Nazirliyi sentyabrın 30-da saat 23:40 radələrində sıravi Hraçya Karamyanın (2003-cü il təvəllüdlü) meyitinin tapıldığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin