Azad edilmiş ərazilərdə daha 2442 mina aşkarlanıb

2021/04/trend-1619077925.jpg
Oxunub: 354     13:10     03 Oktyabr 2022    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 2442 mina aşkarlayıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4 064,06 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin