Finlandiya və İsveç Hərbi Hava qüvvələri birgə təlim keçirir

2022/10/1664787325.jpg
Oxunub: 340     12:41     03 Oktyabr 2022    
Finlandiya Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı “Ruska 22” (“Ruska-2022”, fin dilində “Qızıl payız”) ​​ təlimlərinə start verilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-dən 8-dək davam edəcək. Təlimlərə 3700 hərbçi, o cümlədən 2400 ehtiyatda olan hərbçi cəlb olunacaq.

Manevrlərdə 50 təyyarə iştirak edəcək: onların əksəriyyəti “F/A-18 Hornet” qırıcıları, həmçinin “Hawk” təlim təyyarələri və nəqliyyat təyyarələridir.

Bundan əlavə, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və bu ölkənin “Saab” şirkətinin “JAS 39 Gripen” qırıcıları təlimdə iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   İsveç  


Bizi "telegram"da izləyin