Ukrayna XİN başçısı Afrika ölkələrinə səfər edəcək

2022/03/1fbeb-1646909489.jpg
Oxunub: 417     12:39     03 Oktyabr 2022    
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Afrika ölkələrinə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3-12 oktyabr tarixlərində Ukrayna XİN rəhbərinin ölkə diplomatiyası tarixində Afrika ölkələrinə ilk turu baş tutacaq. Nazir Kuleba regionda ilk səfərini Seneqala edəcək.

XİN-in məlumatına görə, görüşlərin mərkəzində əsas mövzu Rusiyanın müharibəsi, xüsusilə də Ukrayna ərazilərinin ilhaqına son cəhdi fonunda cənub ölkələrindən Ukraynaya siyasi dəstəyin gücləndirilməsi olacaq.

Səfər çərçivəsində Ukrayna və Afrikanın aparıcı şirkətlərinin iştirakı ilə bir sıra biznes forumların keçirilməsi də nəzərdə tutulub.
Nazirlik bildirib ki, Dmitri Kulebanın səfəri həm də genişmiqyaslı Ukrayna-Afrika konfransının keçirilməsinə hazırlıq xarakteri daşıyacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Afrika  


Bizi "telegram"da izləyin