Avstraliya referendumla əlaqədar 28 məmura qarşı sanksiya tətbiq edəcək

2022/07/23126-1656867932.jpg
Oxunub: 405     10:18     02 Oktyabr 2022    
Avstraliya hakimiyyəti qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın, Zaporojye və Xerson vilayətlərinin 28 nümayəndəsinə, habelə nazirlərə və yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, onlar, xüsusən, Rusiyanın “DXR” və “LXR”, Zaporojye və Xerson vilayətlərinə birləşdirilməsi ilə bağlı referendumun təşkilində və keçirilməsində iştirak etmiş şəxslərə şamil ediləcək. Sanksiyaya məruz qalanların siyahısı verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   XİN  


Bizi "telegram"da izləyin