Pentaqon rəhbəri: “Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir”

2022/05/lloyd-1653368857.jpg
Oxunub: 394     06:10     02 Oktyabr 2022    
ABŞ hakimiyyəti NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, lakin alyansa yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına şərh edərkən deyib.

“ABŞ NATO-nun “açıq qapı” siyasətinə sadiqdir. Lakin bunun necə baş verəcəyi, həqiqətən də səs verən 30 NATO ölkəsinin, eləcə də alyansa qoşulmaq istəyən ölkənin qərar verəcəyi məsələdir”-deyə, o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   NATO  


Bizi "telegram"da izləyin