Ordu.az xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə qeyd edib.
Tərəflər Ukraynanın üzvlük müraciəti ilə bağlı əlaqə saxlamağa razılaşıblar.
Bundan əlavə, NATO-nun Ukraynaya Rusiya ilə müharibədə dəstək vermək üçün atdığı praktiki addımları müzakirə ediblər.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb. Ukraynanın qərarını artıq dörd ölkə - Kanada, Litva, Latviya və Estoniya dəstəkləyib.
Ordu.az