Polşa və Fransa XİN başçıları Azərbaycan-Ermənistan sərhədinə ATƏT missiyasının göndərilməsini müzakirə ediblər

2021/09/15538-1632549291.jpg
Oxunub: 499     18:35     01 Oktyabr 2022    
ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ermənistan  


Bizi "telegram"da izləyin