Ərdoğan: "Yunanıstana təxribatlardan uzaq durmağı tövsiyə edirik”

2022/09/1663733719.jpg
Oxunub: 440     17:02     01 Oktyabr 2022    
Kiprdə iki ayrı dövlət və xalq vardır, izolasiya və embarqolara artıq son verilməli və Kipr türklərinin haqq etdikləri beynəlxalq tanınmaya dair verilən bütün sözlər yerinə yetirilməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.

O qeyd edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarının Yunan Kiprinə qarşı tətbiq edilən silah embarqosunu aradan qaldırmasını qəbul etmir.

“Egey dənizindəki qeyri-hərbi statusunda olan adaların Yunanıstan tərəfindən silahlandırılmasına təşviq edilməsi ağıl və müttəfiqlik prinsipi ilə uyğunlaşmır. Bölgədə təhrik və geriləmə siyasəti nümayiş etdirmək heç kimin xeyrinə deyil və olmayacaq da. Biz 100 il sonra kimlərin Yunanıstanı üstümüzə saldıqlarını çox yaxşı bilirik. Yunanıstana özünü və xalqını fəlakətə atacaq təxribatlardan uzaq durmağını tövsiyə edirik”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə  


Bizi "telegram"da izləyin