Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, hazırda masada Ermənistanla Azərbaycan arasında imzalanacaq heç bir sənəd yoxdur. Paşinyanın sözlərinə görə, belə bir sənəd olsaydı, yaxşı olardı, çünki bu, tərəflərin bəzi məsələlərdə razılığa gəlməsi demək olardı.
O qeyd edib ki, hazırda heç bir sənəd yoxdur və oktyabrın 2-də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin məzmunu ilə bağlı substantiv danışıqlar başlayacaq.
Məlum olduğu kimi, Ceyhun Bayramov və Ararat Mirzoyan oktyabrın 2-də Cenevrədə görüşəcəklər.
Əgər onların görüşü sülh sazişinin məzmunu ilə bağlı substantiv danışıqların başlanması deməkdirsə, bu həm də hansısa substantiv başlanğıc nöqtəsinin olduğunu göstərir. Ən azı bu günə kimi Ermənistan və Azərbaycanın mövqelərinin mahiyyətcə fərqli olduğu aydındır. Azərbaycan üçün Qarabağ məsələsi artıq həll olunub və sülh müqaviləsi danışıqlarında hər hansı status müzakirə mövzusu ola bilməz. Azərbaycan sülh istəyir, Ermənistan isə məğlub tərəf olduğu üçün itirdiklərini maksimum geri qaytarmağa çalışır və buna görə hələlik sülh müqaviləsində maraqlı görünmür.
Ermənistan xarici havadarlarının dəstəyinin gücünü hiss etdikcə təxribatları genişləndirə bilər. Ancaq regionda hər hansı güc qarşıdurması İrəvanın xeyrinə ola bilməz. Münasibətləri dəyişmək üçün sabitlik lazımdır. Beləliklə, sabitliyin pozulması riskləri və təhlükələri əsaslı çıxılmaz vəziyyət yaranır. Oktyabrın 2-də Cenevrədə o vəziyyətdən çıxılmanın mümkün olub-olmayacağını söyləmək çox çətindir. Hazırda sabitliyin gəzdiyi ip son dərəcə incədir.
Asif Cəfərov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
XİN
Cenevrə
Rusiya