Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Tatoyan” Fondu məlumat yayıb.
Qeyd olunub ki, məktəblər, parklar, meydanların adları dəyişdirilib və Azərbaycan adları ilə adlandırılıb.
“Məsələn, “Vorotan” çayı Azərbaycan dilində “Bazarçay” adı ilə qeyd olunur və ya Sisian parkı Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin və ya Atatürkün adını daşıyır. Hətta Sisian şəhərinin adı dəyişdirilərək Qarakilisə qoyulub”, - deyə məlumatda bildirilir.
Məlumata görə, oxşar adlandırmalar Mehri və Qafanda da baş verib.

Alpər Mövludoğlu
Ordu.az