Erməni hərbi qulluqçu həyat yoldaşının valideynlərinin evinə qumbara atıb

2021/08/28254-1629446623.jpg
Oxunub: 436     16:54     01 Oktyabr 2022    
Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu həyat yoldaşının ata-anasının yaşadığı evə qumbara ataraq partladıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, hadisə Göyçə şəhərində baş verib. Erməni hərbi qulluqçu həyat yoldaşının valideynlərinin evinə gələrək onun atasını söyüb və öldürməklə hədələyib. Daha sonra hərbi hissədən oğurladığı, qanunsuz saxladığı və daşıdığı qumbaranı onların evinə bitişik əraziyə atıb.

Hərbi qulluqçunun “F1” qumbarasını 2015-ci ildə Basarkeçərdə döyüş mövqelərindən birindən oğurladığı bildirilir

Erməni hərbi qulluqçu saxlanılıb və haqqında cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qumbara  


Bizi "telegram"da izləyin