ABŞ: “Ukrayna ordusu yaxın 72 saat ərzində Liman şəhərini azad edə bilər”

2022/09/hj78g-1662905620.jpg
Oxunub: 406     10:20     01 Oktyabr 2022    
“Ukrayna Silahlı Qüvvələri böyük ehtimalla, yaxın 72 saat ərzində Donetsk vilayətinin Liman şəhərini tamamilə mühasirəyə alacaq və ya nəzarətə götürəcək”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər qondarma “DXR”nin rəsmi nümayəndələrinə və Rusiya hərbi müxbirlərinə istinad edərək yazırlar ki, rus qoşunları hələ də Limana nəzarət etsələr də, Drobışev və Yampoldakı mövqelərindən geri çəkiliblər.

ISW-nin istinad etdiyi rus mənbələri iddia edir ki, ruslar hələ də Limandan Torskoya gedən bir yola nəzarət edir, Ukrayna qüvvələri isə Stavok rayonunda Drobışevo-Torskoye yolunu bağlayıb. Bu mənbələr həmçinin Ukrayna kəşfiyyat və diversiya qruplarının fəallığının artırdığını vurğulayırlar.

Geolokasiya görüntülərində Ukrayna artilleriyasının Torskoye bölgəsində geri çəkilən Rusiya qüvvələrinə zərbə endirdiyi də görünür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Liman  


Bizi "telegram"da izləyin