Ordu.az xəbər verir ki, AES-in dekabrdan etibarən tam gücü ilə işləməsi planlaşdırılır. Finlandiya hökumətinin bəyanatında göstərilir ki, Olkiluoto-3 gücünə görə Avropada birinci, dünyada isə ikincidir.
Stansiyanın istismara verilməsində məqsəd qış fəslində gözlənilən enerji böhranının qarşısını almaqdır. Olkiluoto AES Finlandiyanın enerjiyə tələbatının təxminən yarısını ödəmək gücündədir.
Areva-Siemens konsorsiumunun inşa etdiyi üçüncü reaktorun tikintisi texniki və maliyyə problemlərinə görə 12 il gecikmə ilə bu ilin martında başa çatıb. İl ərzində reaktorun bir neçə sınağı həyata keçirilib.
Ordu.az