Füzulidə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti qənatbəxşdir

2022/09/4daeb-1664563423.jpg
Oxunub: 340     00:37     01 Oktyabr 2022    
Füzulidə baş verən mina partlayışı zamanı xəsarət alan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Bu barədə Ordu.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, onun həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, 2022-ci il 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib.

Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub.

“ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqları təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir”, - ANAMA-dan qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Mina  


Bizi "telegram"da izləyin