Bayden Ukraynaya 12,4 milyard dollar yardımla bağlı qanun layihəsini imzalayıb

2022/09/d5df4-1662923610.jpg
Oxunub: 534     02:10     01 Oktyabr 2022    
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardım da daxil olmaqla, Birləşmiş Ştatlar hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirən qanun layihəsini imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, təşəbbüs daha əvvəl ABŞ Konqresi tərəfindən bəyənilib. Konqresin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Sentyabrın 29-da isə ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib.

Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin