Burkina-Fasoda bir qrup hərbçi dövlət çevrilişi edib

2021/05/_1092-1620104722.jpg
Oxunub: 462     01:44     01 Oktyabr 2022    
Cümə günü Burkina-Fasoda hərbi qrup dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirib və polkovnik-leytenant Paul-Henri Sandaoqo Damibanı prezident postundan kənarlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edib ki, kapitan İbrahim Traore Burkina-Fasonun yeni lideri olub. Axşam saatlarında bir qrup hərbçi dövlət televiziyası ilə canlı efirə çıxıb və prezidentin vəzifəsindən uzaqlaşdırıldığını bəyan edib. "Damiba təhlükəsizlik vəziyyətinin pisləşməsi və yaraqlıların artmasının öhdəsindən gələ bilməyəcəyini sübut etdi", - hərbçilərdən biri deyib.

Damibanın harada olduğu bilinmir.

Eyni zamanda hərbçilər ölkə hökumətinin buraxıldığını, konstitusiyanın və istənilən siyasi fəaliyyətin dayandırıldığını bəyan ediblər. Onların əmri ilə Burkina-Fasonun sərhədləri qeyri-müəyyən müddətə bağlanıb.

Üsyançıların ilk atəşi cümə günü yerli vaxtla saat 04:30-da (Bakı vaxtı ilə saat 08:30) ölkənin paytaxtı Uaqaduquda açılıb. Ordu bölmələri Prezident sarayı və ona gedən prospekti bağlayıb. “Burkina leFaso” portalının məlumatına görə, Damiba gənc əsgərlər tərəfindən saxlanılıb və cümə günü bütün günü onlarla danışıqlar aparıb və bu, onun hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Burkina-Faso   Çevriliş  


Bizi "telegram"da izləyin