Paşinyan Ərdoğanla görüşəcəyini istisna etmir

2022/09/16644-1664565115.jpg
Oxunub: 552     23:10     30 Sentyabr 2022    
Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini istisna etmir.

Ordu.az xəbər verir ki, bunu Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

“Biz belə bir görüşü istisna etmirik. Lakin bu demək deyil ki, belə bir görüş olacaq. Bu, vəziyyətdən asılı olacaq... Mən görüşü istisna etmirəm, lakin görüş hələ ki təsdiqlənməyib” – deyə Baş nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin