Kanada Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

2022/02/14583-1645773951.jpg
Oxunub: 485     21:25     30 Sentyabr 2022    
Kanada hökuməti Ukraynanın sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq istəyini dəstəkləyir.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz NATO-nun açıq qapı siyasətinə inanırıq və NATO-da həmişə Ukraynanın yanında olmuşuq. Hesab edirik ki, Ukrayna NATO-nun bir hissəsi olmalıdır", - nazir vurğulayıb.

Coli, həmçinin bildirib ki, Ottava Kiyevi silahla təmin etməyə və Ukrayna qoşunlarına təlim keçməyə, o cümlədən Böyük Britaniya ilə əməkdaşlıqda davam edəcək.

Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya sürətləndirilmiş şəkildə daxil olması üçün ərizə imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   NATO  


Bizi "telegram"da izləyin