Stoltenberq: Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək

2022/06/1656488569.jpg
Oxunub: 493     22:06     30 Sentyabr 2022    
Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.

Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək.

“Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir” – deyə Baş katib bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin