Putin Ukraynanı danışıqlar masasına qayıtmağa çağırıb

2022/09/BxXyS-1664278197.jpg
Oxunub: 523     16:58     30 Sentyabr 2022    
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

Ordu.az xəbər verir ki, o, bu barədə Rusiyaya yeni ərazilərin daxil olmasına dair sazişlərin imzalanması mərasimində bildirib.

Putin Donbass, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin əbədi olaraq rusiyalıya çevrildiyini bəyan edib.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin