İş o yerə çatıb ki, Rusiya-Ukrayna müharibəsinin elə ilk anlarında Antalya Diplomatik Forumunda vasitəçi rolunu oynayan Türkiyə atəşkəslə bağlı beynəlxalq danışıqlarda katalizator rolunu oynayıb. Ankaranın hər iki ölkəni müharibəyə son qoyması çağırışı, Ukraynadakı humanitar böhranın dərinləşməməsi və dünyada başda ABŞ, Fransa, İngiltərə olmaqla bir çox ölkə və bir çox beynəlxalq təşkilatların ərzaq və enerji böhranının qarşısını almaq üçün göstərdiyi səylər NATO və BMT kimi qurum və təşkilatlardan əhəmiyyətli dəstək aldı. Müharibəyə son qoymaq üçün başlayan danışıqlar iki ölkənin öz daxili və xarici dinamikaları və döyüş meydanındakı neqativ hadisələr zənciri kontekstində masadan uzaqlaşması ilə nəticələnsə də, yaranan artan ərzaq böhranının təsirlərinin aradan qaldırılması üçün mühüm addımların atıldığı bir həqiqətdir.
Madrid Sammitində Türkiyənin diplomatik qələbələri
Bundan əlavə, müharibə Rusiya ilə qonşu olan ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarının da artdığı bir dövrə qapı açıb. Bu məqamda Kremlin aqressiv mövqeyini davam etdirdiyi bir vaxtda Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edəcəklərini açıqladılar və gözlər yenidən Türkiyəyə çevrildi. Əslində, Finlandiya və İsveçdə PKK və FETÖ terror təşkilatlarının mövcudluğu və fəaliyyəti, Türkiyəyə qarşı tətbiq edilən bir sıra iqtisadi və kommersiya sanksiyaları hər iki ölkənin NATO üzvlüyünə Türkiyənin haqlı veto qoyması ilə qarşılaşıb.
Nəticədə Bayden və Conson kimi mühüm aktorlar, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin mövqeyindən çıxış etdilər. Bu istiqamətdə 28-30 iyun tarixlərində Madriddə keçirilən NATO Zirvə Toplantısında qəbul edilən kritik qərarlarla yanaşı, Türkiyə, İsveç və Finlandiya arasında keçirilən üçtərəfli görüş də sammitin diqqət mərkəzinə çevrildi.
İsveç və Finlandiya hökumət rəhbərləri ilə keçirilən görüşlər nəticəsində terror təşkilatlarına verilən maliyyə, hərbi texnika və sursat dəstəyinin aradan qaldırılması, həmçinin terror təşkilatlarının təbliğat vasitələrindən istifadəsinin aradan qaldırılması ilə bağlı Türkiyənin haqlı tələbləri irəli sürülüb və yazılı razılaşma ilə qəbul edilib. Stoltenberqin üçtərəfli sazişin imzalanmasından sonra Finlandiya və İsveçin Türkiyəyə hərtərəfli dəstək verəcəyi vədi gündəmdə olsa da, razılaşmanın əməli şəkildə həyata keçirilməsinin zamanla formalaşacağını söyləmək olar.
İsveç və Finlandiya PKK ilə bağlı Madriddə imzaladıqları ortaq sazişə əsasən Türkiyənin narahatlığını aradan qaldırmasalar, Ankaranın hələ də NATO-ya üzvlüyə veto qoymaq hüququ var.
2022-ci il sentyabrın 11-də ümumi seçkilərin keçiriləcəyi İsveçdə PKK ilə əlaqələrin kəsildiyinə dair sərt bəyanatlar səslənir. İsveç baş naziri Maqdalena Anderssonun qarşıdan gələn seçki öncəsi Sol Partiya daxilində PKK/YPG adlandırılan bayraqla poza verən müxalifətlə ortaq olmayacağını vurğulaması konkret addım kimi qiymətləndirilə bilər.
Bundan əlavə, İsveç hökuməti tez-tez bəyan edir ki, müxalifət PKK kartından istifadə etsə də, ölkədə PKK-ya heç bir maddi və mənəvi dəstək verilməyəcək. Türkiyənin NATO-dakı mövqeyi və effektivliyi, razılaşmanın pozulması halında izləyəcəyi yol xəritəsinin kəskinliyi hər iki hökumət qanadının PKK ilə əlaqələrini dayandırmaq üçün konkret addımlar atmasına zəmin yaradır.
Türkiyənin Madriddəki haqlı reaksiyasının NATO daxilindəki ölkələrin dəstəyini alması da Yunanıstanın Türkiyəyə qarşı illərdir davam etdirdiyi “düşmən” münasibətini yumşaltmasına səbəb olmuşdu. İş o yerə çatıb ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin son dövrdə verdiyi açıqlamalardakı Türkiyə düşmənçiliyi ABŞ-ın Yunanıstandakı hərbi varlığına, eləcə də Fransa və İngiltərədən aldığı silahlara inamla təhdid dilinə çevrilmişdi.
Lakin Türkiyənin Madriddəki diplomatik qələbələri, Miçotakisin münasibətinə rəğmən, Kiprlə bağlı Madriddə görüş tələb etməsinin yolunu açdı. Ankaranın Mitsotakisə cavab olaraq görüşün ünvanını Kipr kimi göstərməsi beynəlxalq mətbuatda Yunanıstan və Türkiyə arasında gərginləşən böhranda Ankaranın qeyd etdiyi növbəti uğur kimi gündəmə gəlmişdi.
Yaxın Şərqdə tarazlığın dəyişməsi, yeni diplomatik təmaslar
Madrid Zirvəsindən sonra Qərb Bloku ilə əlaqələrini gücləndirən Türkiyə PKK terror təşkilatına davam edən maliyyə dəstəyi, silah-sursat dəstəyi, F-35 və F-16 böhranları xaricində Yaxın Şərqdə də yeni bir dövrün qapısını açdı. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirlə ikitərəfli əlaqələri gücləndirmək üçün bir sıra görüşlər keçirən Ankara demokratik sistem çərçivəsində regional tarazlıqları siyasi və iqtisadi baxımdan yenidən qurmağı hədəfləyir.
Körfəzdəki diplomatik sıçrayış və İsraillə normallaşma prosesi ticari və iqtisadi addımlarla yanaşı, siyasi arenada da yeni addımların atıldığını göstərir. Ankaranın diplomatik gedişatında digər mühüm ox hər iki ölkənin qarşılıqlı səfirlərinin yenidən təyin edilməsi və onların regional əməkdaşlıqla bağlı danışıqlara əsasən tənzimləmələrdir. Məlum olduğu kimi, Rusiyanın Suriyadakı qüvvələrini dəyişməsi İsrailin burada daha fəal rol oynamasına qapı açdı. Ankaranın həm İran silahlı birləşmələri ilə mübarizədə İsrailin multiplikator effektindən istifadə etmək, həm də PKK ilə mübarizə və Suriyada terror təşkilatlarının qarşısını almaq baxımından İsraillə əlaqələrin regional zərurətinə inandığına dair şərhlər var.
Bütün bu hadisələrlə yanaşı, Suriyadakı böhrana son qoymaq üçün Rusiya, Türkiyə və İran arasında Astana Prosesi kimi tanınan yeddinci görüşdə Türkiyənin diplomatiya trafiki daha da aktivləşdi. Tehranda keçirilən sammitdə müzakirələr əsasında Suriyada davam edən vətəndaş müharibəsinin sona çatması ilə bağlı konkret addımlarda heç bir dəyişiklik olmadığını söyləmək mümkündür.
Türkiyənin Suriyada PKK çərçivəsində təşkil edəcəyi əməliyyat və terrorla mübarizəyə həm Rusiya, həm də İranın müqaviməti yeni mövzu kimi əlavə edilib. Məlumdur ki, Rusiya Ukrayna ilə davam edən müharibə səbəbindən qüvvələrinin böyük hissəsinin bu bölgəyə köçürülməsi ilə Suriyadakı təsir dairəsinin pozulduğu təhlilinə qarşıdır. İran isə Rusiyanın təsirinin azalması nəticəsində şiə milisləri ilə artırdığı bölgədəki hökmranlığını itirməmək üçün bu əməliyyata qarşı çıxır.
Diplomatik trafikin Türkiyənin mümkün Suriya əməliyyatına təsiri
Tehranda keçirilən üçtərəfli sammitdən sonra Şimali İraqın Zaho bölgəsində PKK terror təşkilatı tərəfindən hücum təşkil edildi. İraqdakı daxili qarışıqlıqdan istifadə edən və Türkiyənin Suriyada təşkil edəcəyi mümkün əməliyyatı ləngitmək istəyən PKK terror təşkilatı bu vəziyyəti öz xeyrinə çevirmək istəyir.
Bu anda, yanvar ayından etibarən sürətlənən Ankaranın diplomatik gediş-gəlişinin Türkiyənin beynəlxalq sistemdəki rolunu daha qabarıq göstərdiyi görünür. Rusiya ilə Ukrayna arasındakı vasitəçi rolu, NATO-dakı hərbi gücü, ərzaq böhranının həllində danılmaz təsiri, Körfəz ölkələri və İsraillə diplomatik normallaşma addımları Türkiyənin həm Qərbdə, həm də NATO-da bir çox tənliklərin əsas elementlərindən biri olduğunu ortaya qoyur.
Dəyanət Ağalarlı
Ordu.az