Ordu.az xəbər verir ki, müqavilə ABŞ Ordusunun Taktik Aviasiya Komandanlığı ilə imzalanıb.
Müqavilənin dəyəri 20.6 milyon dollardır. Sistemlərin 2023-cü ilin iyul ayına qədər çatdırılması planlaşdırılır.
Qabiliyyəti döyüşdə sübut edilmiş “Switchblade 300” müxtəlif vasitələrdən buraxıla bilər, eyni zamanda çiyində daşınma üçün uyğundur.
PUA 10 kilometrə məsafədə dəqiq zərbə imkanları ilə təmin edir.
“Switchblade 300” Ukrayna Silahlı Qüvvələri tərəfindən rus qoşunlarına qarşı istifadə olunur. Açıq mənbə məlumatlarına görə, 700-dən çox “Switchblade 300” 2022-ci ilin martında başlanan 800 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq ABŞ tərəfindən Ukraynaya göndərilib.
Sevinc Əliyeva
Ordu.az