Erməni siyasi xadim: “KTMT-dən çıxmaq təcili gündəmə çevrilməlidir”

2022/01/Untit-1641885256.jpg
Oxunub: 325     10:58     01 Oktyabr 2022    
“Ermənistanın başqa de-yure müttəfiqi yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Respublika Uğrunda” partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

O bildirib ki, Paşinyanın silahların satılmaması ilə bağlı çıxışı buna sübutdur.

Mehrabyan qeyd edib ki, hərbi yardımla bağlı Rusiya ilə Ermənistanın ikitərəfli müqavilələri var: “Bizə silah tədarük etməyən KTMT üzvləri var. KTMT-dən çıxmaq təcili gündəmə çevrilməlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin