Azərbaycanın Rusiya istiqamətində uğuru, Ermənistanın alternativsizliyi – BAXIŞ BUCAĞI

2021/11/788-1637750011.jpg
Oxunub: 344     10:13     01 Oktyabr 2022    
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan Ermənistanın silah əldə etməsinə mane olmağa çalışır. Yəni Paşinyan açıq formada Rusiyanın Bakının tələbi ilə Ermənistana lazımi silah-sursat verməməsindən danışır.

Burada vəziyyətin aydınlaşdırılmasına ehtiyac var. Əvvəla, Bakı həmişə Ermənistanın silahlanmasına mane olmağa çalışıb və çalışacaq, bu, yenilik deyil. Ermənistanın imkanı olsaydı, eyni şeyi Azərbaycana da edərdi. Bakının bu məsələdə də Rusiya ilə işləməkdə uğur qazanması aşkardır.

Həmçinin 2016-cı ildən bəri rəsmi İrəvan Rusiya silahlarının tədarükünün gecikdirilməsi ilə bağlı kifayət qədər açıq danışır. Moskva özünün Avrasiya strategiyası adlandırılan strategiya çərçivəsində işləyir və Ermənistanla bağlı siyasəti, o cümlədən hərbi-texniki təchizat bu işə tabedir. Və yenə də təkrar edək, bu, yeni deyil, qədim siyasi xətdir. Ermənistan Rusiyanın müttəfiqi olsa da, rəsmi Moskva öz siyasi xətti üçün bütün müttəfiqlərini qurban verməyə hazırdır.

Ona görə də bu gün Ermənistanın alternativi yoxdur. Həm silah təchizatının başqa mənbələrinin tapılması, həm də siyasi və təhlükəsizlik sistemi baxımından digər etibarlı tərəfdaşlıq istiqamətlərinin formalaşdırılması istiqamətində intensiv iş aparmaq Ermənistan üçün çox çətindir.

Rəsmi İrəvan silah təchizatı üçün İran və ya Hindistana üz tuta bilər. Hindistanın Ermənistana silah satdığı barədə məlumatlar yayılıb. İran isə hələ ki müəmmalıdır. Rusiyanın bu iki dövlətdən silah alınmasına razılıq verib-verməyəcəyi də məlum deyil.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin