Erməni politoloq: “Müxalifət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını kapitulyasiya hesab edir”

2022/08/gf8h7-1661249315.jpg
Oxunub: 754     17:55     30 Sentyabr 2022    
“Müxalifət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanlmasını kapitulyasiya hesab edir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vahram Atanesyan deyib.

O qeyd edib ki, 1998-ci ilə qədər Minsk qrupunun həmsədrləri İrəvana, Bakıya və Qarabağdakı separatçılara nizamlanma təkliflərini təqdim edirdilər.

“Yəni Xankəndinin (qondarma qurum – redş) bu və ya digər təklifi qəbul edib-etməmək hüququ var idi. Sonra 1999-cu ildən Minsk Qrupunun həmsədrləri Qarabağdakı ermənilərə rəsmi təklif təqdim etməyiblər. Bunun necə, kimin günahı, kimin təşəbbüsü ilə baş verməsi uzaq gələcəyin tarixçisinin aydınlaşdıracağı məsələdir”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müxalifət   Ermənistan  


Bizi "telegram"da izləyin