Türkiyənin ələ keçirdiyi terrorçuların Ermənistan ərazisindən çıxışına qadağa qoyulmuşdu?

2022/09/1664534148.jpg
Oxunub: 475     17:34     30 Sentyabr 2022    
Ermənistan Ədliyyə Nazirliyi Türkiyə tərəfindən hələ də naməlum şəraitdə ələ keçirilən terrorçular Hüseyn Yıldırım və Atilla Çiçəyin işi ilə bağlı yeni detallar təqdim edib.

Ordu.az xəbər verir ki, nazirlik Hüseyn Yıldırım və Atilla Çiçəyin Ermənistanı tərk etməsinə heç bir qadağa qoyulmadığını bildirib.

Ermənistan Ədliyyə Nazirliyi məhbusların təhvil verilməsinin onların səlahiyyətində olduğunu inkar etmir, ancaq terrorçuların Türkiyə tərəfindən necə ələ keçirildiyini izah edə bilmir.

Qeyd olunur ki, 2021-ci il avqustun 16-da Hüseyn Əbdülmenavi Yıldırım və Atilla Kazimi Çiçək Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd nəzarəti altında olan ərazidə Araz çayını keçərək, müəyyən edilmiş sənədlər və icazə olmadan qanunsuz olaraq sərhədi keçiblər. Onlar qaçaqmalçılıq yolu ilə Ermənistana odlu silah və döyüş sursatı keçirməyə cəhd ediblər.

Onlar həbs edilib, daha sonra 3 il sınaq müddəti təyin edilməklə həbs-qətimkan tədbiri ləğv edilib və Attila Çiçək və Hüseyn Yıldırım məhkəmə zalında sərbəst buraxılıblar.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin