“Hraparak”: Ermənistanda xaos davam edir, hamı ekspert olmaq istəyir

2021/03/dsasd-1615189186.jpg
Oxunub: 349     11:38     01 Oktyabr 2022    
Ermənistanda xaos o həddə çatıb ki, heç kim öz hüquq və vəzifələrinin hüdudlarını dərk etmir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistanda hər kəs özünü politoloq və hərbi məsələlər üzrə mütəxəssis kimi hiss edir, Ermənistanın hansı siyasi vektoru seçməli olduğunu, hansı silahları və haradan idxal etməsini, necə danışıqlar aparacağını, qonşuları ilə hansı münasibətləri quracağını müzakirə edir.

“Bu isə ondan xəbər verir ki, peşəkar diplomatlar, hərbçilər, hakimiyyət başında duran adamlar öz vəzifələrini tamamilə yerinə yetirə bilməyiblər və sadə insanlar həmin boşluğu doldurmağa çalışırlar.

Biz vətəndaşsız, anarxik və köməksiz cəmiyyətə çevrilmişik, burada ordu əvəzinə fədai döyüşür, Xarici İşlər Nazirliyinin əvəzinə Rostovda yaşayan “Valod dzyadzyan” və “Los-Ancelesdə yaşayan Siruş tsyotsyan” nəsə etməyə çalışır.

Bəs keçmiş məmurlar və prezidentlər? Əgər bu gün XİN rəhbəri hansısa mehmanxanada menecer işləyirsə və keçmiş prezident Nikol Paşinyanla birləşib yeni kapitulyasiya müqaviləsi imzalamağı xahiş edirsə, deməli dövlətimizin mövcudluğuna son qoyulub”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənmistan   Xaos   Böhran  


Bizi "telegram"da izləyin