Ordu.az xəbər verir ki, bunu “7or.am” nəşri yazıb.
“Moskvanın himayəsi ilə imza atırsa, bu, həm də 10 noyabr 2020-ci il tarixli sazişin 9-cu bəndinin icrası deməkdir ki, bu da əslində dəhlizi nəzərdə tutur. Dəhliz mövzusu Ermənistanda Nikola qarşı ciddi narazılıq yaradacaq, çünki o, dəhlizə qəti şəkildə qarşı çıxıb və onun növbəti dəfə yalan danışdığı üzə çıxacaq. Moskva Nikola şəxsi təhlükəsizlik zəmanəti verə bilər, lakin o, buna inanmır. Həm də Rostovda yaşamaq əvəzinə ABŞ-a, Parisə... getməyə üstünlük verir.
Əgər Nikol Brüsselin himayəsi altında Azərbaycanla sənəd imzalasa, bu o demək olacaq ki, Ermənistan təhlükəsizlik baxımından obyektiv təminatlara malik deyil, geosiyasi vektorunu dəyişir. Bununla belə, Qərb təşviq etməkdən başqa heç nə edə bilməz.
Nikol yaxşı başa düşür ki, onun Qərbdən Ermənistan üçün real təhlükəsizlik zəmanəti yoxdur və Brüsselin himayəsi altında sənəd imzalamaq Ermənistanı tamamilə məhv edə bilər.
Qeyd edək ki, həm Brüssel, həm də Moskvanın “sülh müqaviləsi” modelləri Ermənistan üçün yaxşı deyil. Hər ikisində təhlükə var, hər ikisi alçaldıcıdır. Biri qəfil ölüm, digəri yavaş ölümdür”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az