Qazaxıstanda rusiyalıların axını fonunda təhlükəsizlik rejimi gücləndirilib

2022/09/1664468433.jpg
Oxunub: 395     18:13     29 Sentyabr 2022    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya vətəndaşlarının kütləvi axını fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə qərar verib.

Ordu.az bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Daxili işlər naziri Marat Axmetjanov Prezident Kasım-Jomart Tokayevlə görüşdə Rusiya Federasiyası vətəndaşlarının gəlişi fonunda görülən təhlükəsizlik tədbirləri barədə danışıb, kriminogen vəziyyətin sabit olduğunu deyib.

Sentyabrın 21-də qismən səfərbərlik elan olunandan bəri Qazaxıstana 98 min Rusiya vətəndaşı daxil olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin