Putin: "MDB məkanındakı münaqişələr SSRİ-nin dağılmasının nəticələridir"

2022/03/1646987754.jpg
Oxunub: 658     18:46     29 Sentyabr 2022    
"MDB məkanındakı münaqişələr, eləcə də Rusiya-Ukrayna müharibəsi SSRİ-nin dağılmasının nəticələridir".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir, bütün Asiya-Sakit okean regionunda risklər artır.

"Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır", - Putin qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   MDB  


Bizi "telegram"da izləyin