Rusiya XİN: "KTMT-nin əsassız tənqidi konstruktiv iş üçün faydalı deyil"

2022/07/17399-1656692705.jpg
Oxunub: 400     19:00     29 Sentyabr 2022    
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi siyasətçilər tərəfindən əsassız tənqid olunması konstruktiv iş üçün faydalı deyil".

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrəvanın KTMT təlimlərində iştirak etməməsi mövcud vəziyyətlə əlaqədardır.

“İrəvanın bu il KTMT-nin Qazaxıstandakı birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent göndərməmək qərarı hazırkı vəziyyətlə bağlıdır", - Zaxarova deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-XİN   KTMT  


Bizi "telegram"da izləyin