"KTMT-dən çıxmaq barədə danışmaq tezdir" - Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 592     17:35     29 Sentyabr 2022    
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması barədə danışmaq tezdir.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” partiyasını təmsil edən deputat, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bildirib.

O, KTMT Baş katibi Stanislav Zasın Ermənistana yenidən səfər etdiyini qeyd edib.

Koçaryan əlavə edib ki, KTMT və onun rəhbərliyinin fəaliyyəti barədə təşkilatın Baş katibi ilə şəxsən danışıqlar aparmaq üçün bu ilin oktyabrında fürsət yaranacaq. Onlar Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək KTMT Parlament Assambleyasının sessiyası çərçivəsində görüşə biləcəklər.

Bundan əlavə, oktyabrın 18-i təşkilatın koordinasiya iclasının keçirilməsi planlaşdırılır ki, orada Koçaryanın müavini Armen Xaçaturyan çıxış edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin