Bakıda Aerokosmik Monitorinq Təlim Mərkəzi açılıb

2022/09/0110e-1664455145.jpg
Oxunub: 443     16:38     29 Sentyabr 2022    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") dəstəyi ilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzi açılıb.

Ordu.az nazirliyə istinadən xəbər verir ki, Mərkəzin məqsədi geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır.

Tələbələr əldə etdikləri nəzəri bilikləri bu mərkəzin təhsil proqramı çərçivəsində təcrübədə tətbiq etməyi öyrənəcəklər.

Tədris prosesinə təlimçi qismində "Azərkosmos", Milli Aviasiya Akademiyası və bu sahədə fəaliyyət göstərən digər qurumların, ali məktəblərin, o cümlədən qabaqcıl beynəlxalq universitet və şirkətlərin aparıcı mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulur.

Təlim müddətində dinləyicilər müxtəlif proqram təminatlarında verilənlərin emalı xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan dilində tərtib edilmiş metodik vasitələr və mentorlarla təmin ediləcəklər. Təlim vəsaiti nəzəri bilikləri, tapşırıqlar toplusunu və proqram təminatının əsas funksionallığı haqqında məlumatları əhatə edəcək.

Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq sertifikatlar təqdim olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos  


Bizi "telegram"da izləyin