Türkiyə ordusu İraqın 140 km dərinliyə daxil olub, terrorçuların mağaralarına zərbə endirilib

2022/05/hulus-1653996171.jpg
Oxunub: 513     16:37     29 Sentyabr 2022    
“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçularladır”.

H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq  


Bizi "telegram"da izləyin