Qırğızıstan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib

2021/05/45454-1620019308.jpg
Oxunub: 450     16:03     29 Sentyabr 2022    
Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinə işgüzar səfərə gedib.

Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səfər çərçivəsində S.Japarov sentyabrın 29-da İznik şəhərində start götürən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı qüvvəsini sınayacaq.

IV Dünya Köçəri Oyunlarının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Türkiyə  


Bizi "telegram"da izləyin