Ukrayna kəşfiyyatı: Belarus səfərbər edilmiş 20 min rusu qəbul etməyə hazırlaşır

2022/05/M4NTP-1651648748.jpg
Oxunub: 491     15:02     29 Sentyabr 2022    
Səfərbərliyə cəlb olunmuş 20 min Rusiya hərbçisinin qəbulu üçün Belarusda hazırlıq işləri görülür.

Ordu.az xəbər verir ki, “Ukrainskaya pravda” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

Səfərbərliyə cəlb olunanlar Belarusda yerləşdirilmiş Rusiya Silahlı Qüvvələri birləşmələri hərbçilərinin sayını artıracaq. Say artımından sonra təcrübəsiz və təcrübəli hərbçilərin sayı 1:5 nisbətində olmalıdır.

Kəşfiyyat İdarəsi hərbçilərin müxtəlif tikililərdə yerləşdiriləcəyini deyib: “Əldə olunan məlumatlara əsasən, rusiyalı hərbçilərin yerləşdirilməsi üçün hazırda mövcud olan hərbi infrastrukturla yanaşı, müxtəlif mülki obyektlər və binalar da istifadə ediləcək. Bu məqsədlə anbarlar, anqarlar, həmçinin tərk edilmiş digər kənd təsərrüfatı müəssisələrinin və fermaların tikililəri istifadə olunur.

Belarus hökuməti həmçinin qərar qəbul edib ki, ölkənin hüquq-mühafizə orqanları Belarus ərazisinə keçən Rusiya vətəndaşlarının səfərbərliyə cəlb olunmasında Rusiya Silahlı Qüvvələrinin nümayəndələri ilə birlikdə iştirak etsinlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Belarus  


Bizi "telegram"da izləyin