Sülh müqaviləsinin layihəsi nə vaxt hazır olacaq? – Paşinyan Aİ sammitinə sənədlə gedəcək?

2020/09/Nikol-1599469298.jpg
Oxunub: 714     16:55     29 Sentyabr 2022    
Sentyabrın 27-də Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla arasında görüş baş tutub.

Ordu.az xəbər verir ki, Ermənistanın “Past” nəşri görüşün detalları barədə yazıb.

Nəşr qeyd edir ki, bu görüş əvvəlcədən planlaşdırılıb, görüş Ararat Mirzoyan və Nikol Paşinyanın ABŞ-a səfərlərindən sonra baş tutumalı idi.

“Görüş zamanı əsasən sülh müqaviləsi sazişinin ilkin versiyaları müzakirə olunub. Məlumata görə, tərəflər öz mövqelərini təqdim edərək üçtərəfli formatda müəyyən konsensus qətnaməsi əldə etməyə çalışıblar. Biz artıq bir müddət əvvəl məlumat vermişdik ki, Paşinyan sazişin mətni üzərində işi sürətləndirməyi tapşırıb ki, variant ən geci noyabrın əvvəlində hazır olsun.

Lakin görünən odur ki, prosesin tempi daha da sürətlənib. Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Aİ-nin oktyabrın 6-da Praqada keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitində razılaşmanın ilkin, “layihə” variantı ilə iştirak edə bilər”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Avropa  


Bizi "telegram"da izləyin