Ermənistan müdafiə naziri fransalı həmkarı ilə silah alınması barədə danışıb? – BAXIŞ BUCAĞI

2022/09/1664446759.jpg
Oxunub: 726     21:16     29 Sentyabr 2022    
Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə görüşüb. Papikyanın səfəri və görüşü baş nazir Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşə paralel baş tutub. Bu, sadəcə olaraq, xronoloji təsadüfdür, yoxsa iki görüşün təşkilində müəyyən qarşılıqlı asılılıq var?

Yəni, birinci şəxslər səviyyəsində görüşün gündəliyinin müdafiə nazirləri platformasına çatdırılması baş verib. Burada artıq məsələlərin həyata keçirilməsi üçün lazım olan təfərrüatlar müzakirə olunub.

Paşinyanın səfərinin əvvəlcədən elan edilməməsi özlüyündə maraqlıdır. Görüş zamanı əldə olunmuş razılığa əsasən, Fransa Müdafiə Nazirliyinin nümayəndə heyəti vəziyyətlə yerindəcə tanış olmaq üçün Ermənistanda olacaq. Söhbət sərhəddəki vəziyyətdən gedir. Əsas maraq doğuran məqam Ermənistana silah satışı məsələsinin gündəmdə olub-olmamasıdır.

Ola bilərmi ki, Fransa Müdafiə Nazirliyinin Ermənistandakı nümayəndə heyəti Ermənistanın silahlanma ehtiyacları və təbii ki, “mənimsəmə” imkanları ilə tanış olsun? Nəhayət, nəzərə almaq lazımdır ki, Qərb silahlarının alınmasından söhbət gedəndə burada təkcə siyasi məsələlər deyil, hərbi-texniki məsələlər də irəli çıxır. Başqa sözlə, otuz ilə yaxındır sovet-rus silah texnoloji “platforma”sında olan Ermənistan silahlı qüvvələri Qərb silahlarını nə dərəcədə və sürətlə əldə edə bilər? Bu, hələlik mümkün görünmür.

Ukrayna ordusu belə bu günə qədər Qərb silahlarının mənimsənilməsində problemlər yaşayır. Qərb ekspertləri bundan danışır. Ukrayna silahlı qüvvələri NATO ölkələrindən olan təlimatçılar tərəfindən yerindəcə dəstəklənir. KTMT üzvü olan Ermənistanda isə bu mümkün deyil.

Asif Cəfərov
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   KTMT  


Bizi "telegram"da izləyin