ABŞ səfiri Zəngəzura səfər edib

2022/09/1664446452.jpg
Oxunub: 522     14:15     29 Sentyabr 2022    
ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi Zəngəzur bölgəsinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Zəngəzurun vilayət rəhbərliyi məlumat yayıb.

Səfir Zəngəzurun vilayət rəhbəri Robert Qukasyanla görüşüb. Səfirliyin iqtisadi və siyasi şöbəsinin müdir müavini Kim Zapfel, USAİD-in Ermənistan nümayəndəliyinin direktoru Con Alelo və ofisin proqram koordinatoru Haykanuş Baqratunyan səfirlə birlikdə Zəngəzura gəliblər.

Səfir Treysi bildirib ki, daha geniş regionda paralel münaqişələr olmasına baxmayaraq, bu bölgə ABŞ-ın diqqət mərkəzindədir: “Və biz ən yüksək səviyyədə, həmçinin diplomatik kanallar vasitəsilə güc tətbiqinin qarşısını almaq, danışıqların davamlılığını təmin etmək, uzunmüddətli və sabit sülh gətirəcək problemin həlli perspektivinə malik olmaq üçün hər şeyi edirik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin