“Hraparak”: Babayan Qarabağda fəallaşır, ermənilər onun Paşinyanın komandasından olduğuna inanır

2021/06/samve-1625049177.jpg
Oxunub: 582     15:11     29 Sentyabr 2022    
Qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan oktyabrın 5-də Xankəndidə Qarabağda baş verənləri müzakirə etmək üçün iclas çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr bildirir ki, erməni siyasi dairələri Babayanın qayıdışından narahatdırlar.

“44 günlük müharibədən sonra Babayan Ermənistana köçüb, bir-iki dəfə Qarabağa gedib, əvvəllər belə bir iclas təşkil etmək bir yana, heç belə bir ictimai tədbirdə iştirak etməyib.

Qarabağda ermənilər onun Paşinyanın komandasından olduğuna və sponsorluq etdiyinə inanırlar. Deməli o qayıdıbsa, ciddi səbəblər var, məsələn, onlar Paşinyanın onu Qarabağ ermənilərini yeni ağrılı güzəştlərə hazırlamaq üçün göndərdiyindən şübhələnirlər.

Bəziləri hesab edir ki, Babayan özü də Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşdığını anlayaraq, “batan gəmi”dən qaçıb”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babayan   Qarabağ  


Bizi "telegram"da izləyin