Ermənistan prezidenti II Elizabetin vida mərasimində baş verən hadisəyə münasibət bildirib

2022/09/1663666914.jpg
Oxunub: 680     17:15     29 Sentyabr 2022    
Bir müddət əvvəl Ermənistan prezidenti Vahaqn Xaçaturyan Britaniya kraliçası II Elizabetin dəfn mərasimində mərhumun tabutunun yanında şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, “Joğovurd” nəşri Xaçaturyanın tabutunun yanında şəkil çəkdirmək qərarına gəlməsinin səbəbini öyrənmək üçün Ermənistan prezidentinin aparatına sorğu göndərib.

Nəşr yazır ki, Ermənistan kral ailəsi üçün yeni protokol təsis edib və bu protokola əsasən, kral və ya kraliçanın ölümü zamanı mərhumun tabutunun yanında şəkil çəkdirmək nə heç bir norma, nə də etik baxımdan qadağan edilmir.

“Ermənistan heç nəyi pozmadığını, qeyri-adi heç nə baş vermədiyini bildirir. Ehtimal etmək olar ki, bundan sonra bütün yas mərasimlərində hətta poza verib şəkil çəkdirmək də olar”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kraliça  


Bizi "telegram"da izləyin