KİV: Paşinyan komanda yoldaşları ilə ciddi söhbət edib

2021/05/sdgsd-1621329806.jpg
Oxunub: 560     14:33     29 Sentyabr 2022    
Ermənistanın baş naziri Nikol Paşinyanla hakim “Vətəndaş müqaviləsi” fraksiyası arasında üç saatlıq görüşdə hökumət üzvlərinin iştirakı ilə çox ciddi söhbət olub.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr bildirir ki, iclasda xarici işlər naziri Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri də iştirak edib. Nikol Paşinyan görüşün əvvəlində əsasən çıxış edib, sonra ona da suallar verilib.

“Bizə bildirdilər ki, çox açıq söhbət olub və Paşinyan heç nə gizlətməyib və ölkədəki mövcud vəziyyəti ətraflı şəkildə təqdim edib. Deputatların hazırkı vəziyyətdən narahatlığı baş nazirlə görüşdən və onun səmimi və açıq sözlərindən sonra daha da dərinləşib. İclasda fraksiyanın demək olar ki, bütün deputatları iştirak edib. Bir çox görüşlərdə olduğu kimi, bu dəfə də söhbətin bağlı qapılar arxasında aparılması razılaşdırılıb”, - deyə nəşr qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin