“Joğovurd”: Paşinyan səfərbərliklə bağlı sadəcə populist bəyanatla çıxış edir

2022/08/1659960780.jpg
Oxunub: 602     15:39     29 Sentyabr 2022    
Sentyabrın 16-da baş nazir Nikol Paşinyan parlamentin tribunasından hərbi vəziyyətə ehtiyac görmədiyini bildirsə də, cəbhə xəttinə getmək istəyənləri könüllü olaraq hərbi komissarlıqlara müraciət etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edir ki, Paşinyanın sözləri ilə reallıq arasında böyük fərq var.

“Nəşr qəzeti Ermənistanın müdafiə naziri Suren Papikyana sual ünvanlayıb: “Nikol Paşinyan tribunadan elan edir ki, torpaqları təhvil vermək istəmirsinizsə, gedib onları müdafiə edə bilərsiniz. Bu günə kimi müraciət edənlər var, niyə onların sərhədə getməsinə icazə vermirsiniz?” Ermənistan Respublikasının Müdafiə Nazirliyi cavab olaraq bildirib ki, səfərbərlik Ermənistan Respublikasında hərbi vəziyyət elan olunduğu halda təşkil edilir və həyata keçirilir.

Yəni belə çıxır ki, reallıqda insanlar ölkəmizi qorumaq üçün sərhədə gedə bilmirlər, hərbi vəziyyət olmadığı üçün hərbi səfərbərlik də yoxdur. Nikol Paşinyan sadəcə populist bəyanatla çıxış edir”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Səfərbərlik  


Bizi "telegram"da izləyin