Ukrayna Rusiya ilə “hamının hamıya” mübadiləsi üzrə danışıqlar aparır

2022/06/1656516972.jpg
Oxunub: 554     21:08     28 Sentyabr 2022    
Ukrayna Rusiya ilə “hamının hamıya” mübadiləsi prinsipi üzrə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Ukraynalı hərbi əsirlərin ailələrinin nümayəndələri ilə görüşdə Budanov qeyd edib ki, mübadilə ilə bağlı danışıqlar prosesi kifayət qədər yorucudur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya arasında Türkiyə tərəfinin vasitəçi kimi çıxış etdiyi əsir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Əsir  


Bizi "telegram"da izləyin