Liz Trass Zelenskiyə Ukraynanın şərqində keçirilmiş “referendum”ları tanımayacağını bildirib

2022/09/1664382926.jpg
Oxunub: 551     20:34     28 Sentyabr 2022    
Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

Ordu.az xəbər verir ki, Baş nazir Liz Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq.

O, Putin məğlub olana qədər Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liz Trass Ukraynanın Şərqində Rusiya tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşının azad edilməsində gördüyü işlərə görə prezident Zelenksiyə təşəkkür edib.

Liderlər həmçinin qaz tədarükünü təmin etmək üçün birgə işlər barədə müzakirə aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Trass  


Bizi "telegram"da izləyin